20 İyul 2015 00:52
1 171
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay rayonunun Yekəxana kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan tövlənin yanar konstruksiyaları və çardağına yığılmış 3 ton ot bağlaması yanıb.


Teleqraf.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı tövlədə olan 2 ton arpa, 1 baş iribuynuzlu, 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.


Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: