20 İyul 2015 17:59
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda liftdə köməksiz qalan şəxs xilas edilib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonunda yaşayış binasının liftində 1 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Xilasedicilər liftin qapılarını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradiblar.

Əməliyyat saat 14:47-də başa çatıb.


Müəllif: