21 İyul 2015 12:04

Bakının Səbail rayonunda qanlı hadisə baş verib. Teleqraf.com xəbər verir ki, Salyan şossesində 43 yasli Etibar Məmmədov bıçaqlanıb. O, bıçaq xəsarətləri ilə xəstəxanaya çatdirilib.

Yarali dərhal əməlliyat olunub və hazırda onun vəziyyəti orta-ağır olduğu bildirilir.

İstintaqa ifadə verən Etibar Məmmədov bıcaqlanmadığını deyib. O, bildirib ki, evdə qarpiz kəsərkən xəsarət alıb. Amma polis onun ifadəsini inandırcı hesab etməyib. Etibar Məmmədovun ifadəsinin düzgünlüyü 8-ci polis bölməsinin əməkdaşları tərəfindən yoxlanılır.

Faktla əlaqədar araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...