22 İyul 2015 10:11
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

2015-ci ilin I yarımili ərzində Baş İdarənin İstintaq idarəsi tərəfindən 158 şəxs barəsində 99 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu barədə 2015-ci ilinyarımilinə həsr olunmuş mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarzə İdarəsinin rəisi Kamran Əliyev deyib.

Onun sözlərinə görə, həmin cinayət işlərindən 50 şəxs barəsində 33 iş mənimsəmə və israf etmə, 41 şəxs barəsində 30 iş dələduzluq, 26 şəxs barəsində 13 iş vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, 8 şəxs barəsində 8 iş saxta sənədlərdən istifadə etmə, 6 şəxs barəsində 3 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 20 şəxs barəsində 8 iş rüşvət alma, 6 şəxs barəsində 3 iş vəzifə saxtakarlığı, 1 şəxs barəsində 1 iş isə digər faktlarla əlaqədar olub.

Hacı Zeynalov


Müəllif: