22 İyul 2015 13:07
1 206
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli şəhərində faciəli hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəhər sakini Şəhriyar Abbasov Araz çayının rayon ərazisindən keçən hissəsində çimərkən boğulub. Onun meyit sudan çıxarılıb.

Gəncə şəhər sakini Əli Vəliyev Kür çayının Şəmkir rayonu ərazisindən keçən hissəsində çimərkən boğulub. Meyitin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.

Hacı Zeynalov


Müəllif: