22 İyul 2015 14:48
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qusar şəhərinin ərazisində yol nəqliyyat hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, şəhər sakini Elman İsgəndərov idarə etdiyi “VAZ-21723” markalı avtomobillə yolu keçən həmyerlisi Eldar İsmiyevi vurub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq həyatını xilas etmək mümkün olmayıb. Bundan başqa, Tovuz rayonunun ərazisində Bozalqanlı kənd sakini Özal Paşazadə idarə etdiyi “VAZ-2103” markalı avtomobillə yolu keçən həmkəndlisi Nofəl Həsənovu vurub.
Nəticədə piyada xəstəxanaya yerləşdirilmiş piyada ölüb.

Hacı Zeynalov


Müəllif: