22 İyul 2015 20:54
760
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda narkotiklə tutulan şəxsin oğurluq cinayətləri üzə çıxıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, iyulun 20-də Ağdaş rayon polis şöbəsi əməkdaşları tərəfindən rayon sakini Mansur Məhərrəmov narkotik vasitə ilə tutulub.
Mansur Məhərrəmovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə, onun, cari il fevral və may aylarında rayon sakinləri Dürdanə Yusifovanın və Tapdıq Şərifovun yaşadıqları evlərdən pəncərədən girmək yolu ilə ümumilikdə 2080 manat, qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.

Hacı Zeynalov


Müəllif: