23 İyul 2015 10:01
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədinin Haramı düzündə böyük ərazidə yanğın hadisəsi baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağcabədi rayonu, Haramı düzündə (rayon mərkəzindən 58 km aralı) ərazidə 250 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb.

Yaxınlıqdakı fermalar yanğından mühafizə olunub.

Yanğın saat 03:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: