23 İyul 2015 15:23

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Mirkamil Seyidovun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, yoxlama zamanı ondan 1 ədəd bükümdə, xalis çəkisi 1,433 qram olan narkotik vasitə - tiryək aşkar olunub.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində isə İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Adışirin Əliyevin üzərində şəxsi yoxlama zamanı onun əl baqajından 3 ədəd plastik qabda, ümumilikdə 294 ədəd və təsiredici maddəsinin xalis miqdarı 5,88 qram olan narkotik vasitə - metadon aşkar edilib.

Hər iki faktla bağlı təhqiqat aparılır.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...