24 İyul 2015 11:25

Nizami rayonunda yerləşən çoxmərtəbəli binada qəza olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nizami rayonunda çoxmərtəbəli binanın şaxtasından keçən elektrik kabelləri 101 p.m və alçipandan ibarət tavan 535 kv.m sahədə dağılıb.

Dəhlizlərdə yerləşən liftlər və otaqlar yanğından mühafizə olunub.

Yanğın saat 02:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...