24 İyul 2015 16:27

Şahbuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 22-də saat 23.00 radələrində Şahbuz rayonunun Daylaqlı kəndində Naxçıvan şəhər sakini Məhərrəm Əliyev idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən kənd sakini Ramin Novruzovu vurub.

Xəstəxanaya yerləşdirilən Ramin Novruzov iyulun 23-də orada ölüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...