24 İyul 2015 22:15

Bakının Binəqədi rayonu ərazisində avaralıq və dilənçiliklə məşğul olanlara qarşı növbəti əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, rayon ərazisində 9 nəfər avaralıq və dilənçiliklə məşğul olan polis əməkdaşları tərəfindən saxlanılıb. Onların barələrində müvafiq tədbir görülüb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...