24 İyul 2015 17:47
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağcabədi polisi küllü miqdarda narkotik vasitə aşkarlayıb. Teleqraf.com-un xəbərinə görə, aparılan əməliyyat zamanı rayonun Hindarx qəsəbəsini 3 nəfər saxlanılıb.

Məlumata görə, rayonun Hindarx qəsəbə sakini, 1991-ci il təvəllüdlü Rəmzi Ağayevdən 5 kq, 1978-ci il təvəllüdlü Sadiq Heydərovdan 1,5 kq, 1961-ci il təvəllüdlü Fazil Qurbanovdan isə 2 kq narkotik vasitə hesab olunan marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanıb.

Daşqın Abdullayev


Müəllif: