25 İyul 2015 10:33

Yevlax rayonu, Salamabad kəndində vətəndaşa məxsus məxsus ümumi sahəsi 150 kv.m olan tövlədə yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tövlənin dam örtüyünün yanar konstruksiyaları 80 kv.m sahədə və damına yığılmış 36 ton ot bağlamasının 18 tonu yanıb.

Yanğın zamanı tövlədə olan 50 ədəd ev quşu yanğınsöndürənlər tərəfindən xilas edilib. Tövlənin və ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...