25 İyul 2015 14:43
1 177
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda ağır yol qəza hadisəsi baş verib, sürücü hadisə yerində ölüb.

Teleqraf.com Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 24-də saat 05 radələrində Xaçmaz rayonunun Qımıl-Qışlaq kəndində kənd sakini Vüsal Səfərov idarə etdiyi “VAZ-21013” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb. Xaçmaz RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: