25 İyul 2015 21:39
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabirabad rayonunda vətəndaşın evi yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabirabad rayonu, Türkədi kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 110 kv.m olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları 70 kv.m sahədə və evə bitişik ümumi sahəsi 70 kv.m olan lambirdən ibarət talvar yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: