26 İyul 2015 01:01
253

Ağcabədi və Tovuzda yanğın hadisəsi qeydə alınıb.


Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağcabədi şəhərində 50 ha biçilmiş taxıl sahəsi və quru ot yanıb. Yaxınlıqdakı ferma yanğından mühafizə olunub.

Tovuz rayonu, Qədirli kəndində isə bələdiyyəyə məxsus ərazidə 35 ha biçilmiş taxıl sahəsi və kol-kos yanıb. Yaxınlıqdakı otlaq sahələr yanğından mühafizə olunub.


Hər iki halda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: