26 İyul 2015 08:17
532
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yevlaxda vətəndaşa məxsus ev yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumi sahəsi 154 kv.m olan ikimərtəbəli 4 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları 77 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub və yanğın saat 19:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: