27 İyul 2015 09:53

Qəbələ rayonunda geniş ərazini əhatə edən taxıl sahələri yanıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayonun ərazisində 1500 ha biçilmiş taxıl sahələri və 500 ha sahədə quru ot və kol-kos yanıb.

Yaxınlıqda olan meşə zolağı yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif:
Загрузка...