27 İyul 2015 17:06
1 007
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qeyri-rəsmi birgə yaşadığı qadına xəsarət yetirən kişi saxlanılıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatında bildirilir ki, Sabunçu rayonu, Zabrat qəsəbə sakini Aliyə Mansurovanın qeyri-rəsmi birgə yaşadığı Rüfət Mehdiyev tərəfindən döyülərək bədən xəsarətləri alması, eləcə də ütü vasitəsi ilə əlini yandırması faktına görə Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə zəruri istintaq hərəkətləri yerinə yetirilməklə, kifayət qədər əsaslar olduğundan cinayət əməli Cinayət Məcəlləsinin 133.2.2-ci (əzab vermə aşkar surətdə hamilə vəziyyətində olan qadın barəsində törədildikdə) maddəsinə tövsif edilib.

Rayon Polis İdarəsi və prokurorluğun əməkdaşları tərəfindən həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Rüfət Mehtiyev tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Hacı Zeynalov


Müəllif: