27 İyul 2015 17:19
577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qadınlara qarşı quldurluq hadisəsi törədən şəxs məsuliyyətə cəlb edilib.

Teleqraf.com xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan Əli Məlikov tutulub.

O, bu il müxtəlif vaxtlarda Bakı şəhəri ərazisində Xanımqız Əhmədovanın, Zemfira Ağabəyovanın, Şəhla Hüseynovanın, Zoya Hüseynovanın, Aişə İsmayılovanın, Gülümzər Həmzəyevanın və Elmira Hüseynovanın pul, qızıl və məişət əşyalarını quldurluq yolu ilə alıb.

Hacı Zeynalov


Müəllif: