27 İyul 2015 18:37
444
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.

Məlumata görə, müəyyən edilməmiş avtomobillə Bakı şəhər sakini, 5 yaşlı Nuran Əli vurulub. Azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: