28 İyul 2015 11:16

Bir neçə gün öncə Kürdəmir rayonunda dəhşətli hadisə baş verib. Belə ki, rayonun Pirili kəndində yaşayan 1997-ci il təvəllüdlü Qəhrəmanova Bikəxanım Rəhim qızı özünü asaraq intihar edib. Onun meyiti evin həyətindəki tövlədə asılı vəziyyətdə tapılıb.

Bildirilir ki, bu günlərdə 18 yaşlı B.Qəhrəmanova ali məktəbə qəbul olunmaq üçün imtahan verib. Lakin onun nəticələri qənaətbəxş olmayıb. Bundan sonra sarsıntı keçirən 18 yaşlı qız özünü öldürüb.

B.Qəhrəmanova nişanlı olub.

"ATV xəbər"in əməkdaşları bu gün sözügedən qızın ailəsinə baş çəkiblər, baş vermiş hadisənin təfərrüatlarını öyrənməyə çalışıblar.

Həmin sujeti təqdim edirik:


Müəllif:
Загрузка...