28 İyul 2015 13:01
638
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonu ərazisində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini Anar Süleymanov vurulub.

Nəticədə piyada xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif: