28 İyul 2015 13:42

Naxçıvan Muxtar Respublikasının ərazisində yol nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Şahbuz rayon sakini Mirəli Seyidov idarə etdiyi “Chevrolet” markalı avtomobili aşırıb.

Nəticədə Mirəli Seyidovun sərnişini Babək rayon sakini Əyyub Fərzəliyev xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...