28 İyul 2015 14:05
544
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunun Sincan kəndində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Şəki şəhər sakini Rövşən Mustafayev idarə etdiyi “VAZ-21015” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Nəticədə sürücü xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: