28 İyul 2015 14:51
591
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) Teleqraf.com-a verilən məlumata görə, iyulun 28-də saat 12 radələrində Xızı rayonunun Dizəvər yaylağında yanğın baş verib.

Naməlum səbəblərdən baş verən yanğının söndürülməsi və meşə fondu torpaqlarına keçməsinin qarşısının alınması üçün ETSN-nin yerli qurumlarının və Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda meşə fondu ilə sərhəd olan yaylaqda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ işlər davam etdirilir.


Müəllif: