28 İyul 2015 15:22
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Göyçay şəhərinin ərazisində oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, şəhər sakini Ruslan Nəsirova məxsus “VAZ-21074” markalı avtomobil qaçırılıb.

Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Ramal Mehdiyev tutulub.

Faktla bağlı araşdırmalar aparılır.

Hacı Zeynalov


Müəllif: