29 İyul 2015 13:42
323

Sabirabad rayonunda güllələnmə hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Ulacalı kəndində qeydə alınıb.

Kənd sakini Azad Alışov ov tüfəngi ilə həyat yoldaşı Sədaqət Alışovanı güllələyib və daha sonra da özünə xəsarət yetirib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: