29 İyul 2015 14:19
599
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oğuz rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Oğuz rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şərur rayon sakini, əvvəllər məhkum olunmuş Faiq Hüseynov tutulub. Ondan 1 kiloqram 115 qram marixuana götürülüb.

Hacı Zeynalov


Müəllif: