30 İyul 2015 14:01
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda silahlı insident törədən həbs edilib.

Teleqraf.com xəbər verir ki, Zaqatala rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ağakişi Həzrəyevə avtomat silahdan açdığı atəşlə xəsarət yetirmiş rayon sakini əvvəllər məhkum olunmuş Sərxan Kərimov tutulub.

Ondan hadisəni törədərkən istifadə etdiyi “AK-74” silahı, 12 ədəd patron, 6 ədəd giliz və 1 ədəd patron darağı götürülüb.

Qeyd edək ki, Zaqatala rayon sakin, 1986-cı il təvəllüdlü Ağakişi Həzrəyev güllələnib. O, güllə xəsarəti ilə iyulun 28-də, axşam saatlarında rayon mərkəzi xəstəxanasına gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hacı Zeynalov


Müəllif: