30 İyul 2015 14:12
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sumqayıt şəhərində iki nəfər dənizdə çimərkən boğulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, hadisə Xəzər dənizinin Novxanı çimərliyində baş verib.

Dəniz çimərliyində Cəlilabad rayon sakini Qüdrət Muradov dənizdə çimən tanışları Beyləqan rayon sakinləri Nuranə Musayevanın və bacısı Gülbənizin boğulmasını görüb və onları xilas etməyə cəhd göstərib.

Nəticədə Nuranə Musayeva və Qüdrət Muradov boğulub, xilas edilmiş Gülbəniz isə xəstəxanaya yerləşdirilib.

Hacı Zeynalov


Müəllif: