30 İyul 2015 15:04
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda ağır yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Şüvəlan qəsəbəsində qeydə alınıb.

Şirvan şəhər sakini Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Rüfət Muradovu, Səriyyə Quliyevanı, Ehtiram Abdullayevi və qardaşı Fərəməzi vurub.

Nəticədə onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: