30 İyul 2015 16:40
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xəzər rayonunda evdən oğurluq edilib.

Teleqraf.com-a Xəzər Rayon Polis İdarəsindən verilən məlumata görə, oğurluq hadisəsi rayonun Mərdəkan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini Solmaz Rzayevanın yaşadığı evdən 350 manat və qızıl əşyalar oğurlanıb. 1-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Bakı şəhər sakini Elnurə Sadıqova tutulub.

Hacı Zeynalov


Müəllif: