30 İyul 2015 19:16

Fövqəladə Hallar Nazirliyi (FHN) suda batmış iki nəfərin axtarışına başlayıb.

Teleqraf.com nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində kanalda bir nəfər batıb. FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanıb.

Digər suta batma hadisəsi isə Sabirabad rayonunda baş verib. “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, rayonun Xankeçən kəndində bir nəfər çaya düşüb.

FHN-in dalğıc-xilasediciləri tərəfindən həmin şəxsin axtarışlarına başlanıb.


Müəllif:
Загрузка...