31 İyul 2015 09:30
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda intihara cəhd olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb.

Əməliyyat saat 02:56-da başa çatıb.


Müəllif: