31 İyul 2015 09:46
729
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdaş rayonunda tövlədə baş verən yanğında bir nəfər xəsarət alıb, 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Ağdaş rayonu, Əmirarx kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 72 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılmış 7 ton ot bağlamasının 6 tonu yanıb.

Yanğından bir nəfər yanıq xəsarəti almış və 3 baş iribuynuzlu heyvan yanaraq tələf olub.

Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub.

Yanğın saat 16:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: