31 İyul 2015 12:29

Neftçala rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.

Kənd sakini Amil Axundov həmkəndlisi Züriyyət Əsgərovu ov tüfəngində açdığı atəşlə güllələyib. Güllə yarası alan Züriyyət Əsgərov xəstəxanaya çatdırılıb. İlkin məlumata görə, hadisə pul borcu üstündə baş verib.

Cinayəti törədən Amil Axundov həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:
Загрузка...