31 İyul 2015 14:49
590
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhərində qadının evindən oğurluq edən yaxalanıb.

Teleqraf.com xəbər verir ki, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tural Abbasov həbs edilib. O, iyulun 25-də Nigar Paşayevanın yaşadığı evdən 500 manat və məişət əşyaları oğurlayıb.

Oxşar hadisə Göygöl rayonunda da baş verib. Göygöl rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də Ayaz Yolçuyevin evindən noutbuk oğurlamış həmyerlisi, əvvəllər məhkum olunmuş Vidadi Şəmilli tutulub.

Hacı Zeynalov


Müəllif: