31 İyul 2015 15:32
404

Bakının Nərimanov rayonunda qadının evindən oğurluq edən keçmiş məhkum həbs edilib.

Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Təhlükəsiz Şəhər Xidməti və Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tərtər rayon sakini, əvvəllər məhkum olunmuş Tural Əzizov tutulub.

O, iyulun 26-da Bakı şəhər sakini Şəhla Əhmədovanın yaşadığı evdən içərisində 40000 manat və 20000 ABŞ dolları, habelə 50000 manat dəyərində qızıl əşyalar olan seyfi oğurlayıb.

Hacı Zeynalov


Müəllif: