31 İyul 2015 18:41

Tovuz rayonunda avtomobil oğurlanıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb. Şəhər sakini Cəmilə Feyzullayevaya məxsus “VAZ-2106” markalı avtomobil qaçırılıb.

Tovuz rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılmış araşdırmalar zamanı avtomobilin həmyerlisi, əvvəllər məhkum olunmuş Ruslan Quliyev tərəfindən qaçırılması və həmin gün Düz-Qırıqlı kəndində onun avtomobili Məqsəd Həsənovun idarə etdiyi “Hyundai” markalı avtomobilə vurduqdan sonra düşərək hadisə yerini tərk etməsi müəyyən edilib.

Faktla bağlı Tovuz rayon polis şöbəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Hacı Zeynalov


Müəllif:
Загрузка...