18 Aprel 2014 17:28

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən Teleqraf.com-a verilən məlumata görə, hadisə rayonun Moskva prospektində qeydə alınıb.

Sabirabad rayon sakini Nəsir Nəsirov münaqişə zəminində Bakı şəhər sakini Qəmbər Süleymanovu bıçaqlayıb. Qəmbər Süleymanov xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs həbs edilib.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: