18 Aprel 2014 17:55
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Aydın Tağızadənin məhkəməsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Aydın Tağızadə 10 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə ötən il iyulun 9-da Sabunçu rayonunda baş verib. Aydın Tağızadə qonşusu, 1990-cı il təvəllüdlü Adil İsmayılovu bıçaqlayıb. 3 saylı Şəhər KliniK Xəstəxanasına yerləşdirilən Adil İsmayılovu xilas etmək mümkün olmayıb. Hadisəni törədən Aydın Tağızadə tutulub.

Aydın Tağızadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hacı Zeynalov


Müəllif: