2 İyun 2014 12:54

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 61 yaşlı qadını öldürməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Orxan Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb.

Teleqraf.com-un xəbərinə görə, Orxan Məmmədov Yasamal rayonu Əsəd Əhmədov küçəsində 17 mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsindəki mənzildə yaşayan Xoşavaz Manafovanı bıçaqlayaraq öldürüb.

Xoşavaz Manafova tanışı Orxan Məmmədovu evlərinə dəvət edib. 61 yaşlı qadınla yeyib-içən gənc daha sonra onunla cinsi əlaqədə olmaq istəyib. Bu zaman gənc oğlanla qadının arasında mübahisə yaranıb. Sərxoş olan gənc masanın üstündə olan güldanı qadının başına vurub və daha sonra bıçaqla ona bir necə zərbə endirib.

Daha sonra o, Xoşavaz Manafovaya məxsus mobil telefonu götürərək mənzili tərk edib. Orxan Məmmədov gəmi kapıtanın köməkçısi işləyib.


O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.

Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Orxan Məmmədov 15 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...