2 İyun 2014 14:30

Qobustan qəsəbə sakini narkotik vasitə satarkən həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan qəsəbə sakini, əvvəllər məhkum olunmuş İlkin Quliyevin həyətindəki yardımçı təsərrüfatdan 3 kiloqram 140 qram heroin aşkar edilərək götürülüb.

Narkotik vasitəni ona satmış “Hyundai” markalı avtomobilin sürücüsü, Cəlilabad rayon sakini Ədalət Sadıqov tutulmuş, ondan 5,996 qram, avtomobildən isə 8,909 qram heroin aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: