2 İyun 2014 18:21
1 053
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 26-dan iyunun 1-dək hərbi qulluqçular arasında futbol çempionatı keçirilib.

Müdafiə Nazirliyndən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhərində təşkil edilən yarışlarda ayrı-ayrı qoşun növlərində və birləşmələrdə xidmət edən idmançılardan ibarət komandalar iştirak ediblər.
AFFA hakimlərinin idarəçiliyi ilə keçirilən çempionatda 13 komanda 4 qrupda mübarizə aparıb.

Yarımfinal matçlarında "Bakı" təmsilçiləri "Şəmkir" komandasından, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin komandası isə Hərbi Dəniz Qüvvələri komandasından üstün olub.

İyunun 1-də keçirilən 3-cü yer uğrunda görüşdə "Şəmkir" komandası Hərbi Dəniz Qüvvələrinin komandasına 5:0 hesabı ilə qalib gəlib.

Final matçında isə "Bakı" komandası Heydər Əliyev adına AAHM komandasına (əsas və əlavə vaxtda 1:1, penalti 5:4) yalnız onbir metrlik cərimə zərbələri hesabına udaraq turnirin qalibi olub.

Sonda qaliblər kubok, medallar və fəxri diplomlarla mükafatlandırılıb.

BƏXTİYAR


Müəllif: