2 İyun 2014 20:04

Tümen vilayətinin təhqiqatçıları biri azərbaycanlı olmaqla iki nəfərin ölümünü araşdırır.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, bu hadisə ilə bağlı "qətl" və "bir qrup şəxs tərəfindən törədilən qətl" maddələri ilə cinayət işi açılıb.

İstinataq materiallarına görə, mayın 29-da saat 23.00 radələrində azərbaycanlı tələbələr Tümendəki "Bakı" kafesində istirahət edirmiş. Şahidlərin bildirdiyinə görə, hesabı ödəmək vaxtı gələndə gənclərin pulu bəs etməyib. Başqa millətdən olan ofisiant azərbaycanlı tələbələrə yaxınlaşanda, onlardan biri xidmətin keyfiyyətindən narazı olduğunu bildirib.

Yaranan narazılıq küçədə əlbəyaxa davaya çevrilib. Ofisiantın yoldaşları da davaya qoşulub. Azərbaycanlı tələbələrdən biri ağır yaralanıb. Tanışlarından biri onu xəstəxanaya aparıb. Az sonra yaralı tələbənin 20 nəfərə yaxın qohumu və dostu da həmin xəstəxanaya gəliblər.

Həkimlər gənc oğlanın həyatını xilas etməyə çalışıblar. Lakin onların cəhdləri heç bir nəticə verməyib: O, qəbul otağında bir anda keçinib.

Bu zaman təcili yardımla xəstəxanaya kafedəki davada xəsarət alan daha bir nəfər gətirilib. Ölən oğlanın dostları və qohumları foyedə yaralı gəncə hücum ediblər, onu küçəyə çıxarıb ölüncə döyüblər. Onlar yaralıya kəcişi-deşici alətlə xəsarət yetiribkər. O, küçədəcə dünyasını dəyişib.

Ölən azərbaycanlı tələbənin qısasını almaq üçün digər yaralını qətlə yetirilənlərin şəxsiyyəti müəyyən edilib. Hazırda onların həbsi üçün tədbirlər görülür.

Qətl hadisəsi sosial şəbəkələrdə geniş müzakirə olunur və hadisənin milli zəmində baş verdiyi bildirilir. Hüquq-mühafizə orqanları isə bu faktı qabartmamağa çalışır.

Şahidlər deyir ki, ölən azərbaycanlı tələbənin qohumları xəstəxananı da darmadağın ediblər: "Yaralı pasiyenti həkimlərin gözü qarşısında döydülər. Sonra küçəyə çıxarıb başından bıçaqla vurdular. Onu öldürdükdən sonra sakitləşib dağılışdılar".

Nihad


Müəllif: