Xəbər verdiyimiz kimi, keçən həftənin sonlarında Moskvada keçmiş “vor zakon”, “Timoxa” ləqəbli Aleksandr Timoşenko güllələndi.
Moskva vilayəti üzrə Daxili
Birinci katibin oğlu
“Timoxa”nın həyatı çox qeyri-adi olub.Gələcəyin ən tanınmış “vor zakon”larından biri olacaq Aleksandr Timoşenko Belorusiyada, Qomel vilayətinin birinci katibinin ailəsində dünyaya göz açıb. Atası onun böyüyüb yolunu davam etdirəcəyini düşünürdü. Bunun üçün oğlu karyerasına komsomoldan başlamalı idi. Amma katib atanın oğlu başqa yolu seçir.Yeniyetmə çağında Timoşenko zorlama, quldurluq, oğurluq,
Beləliklə, Timoşenko yeni dünyaya qədəm qoyur. Həbsxanada onun yolu əfsanəvi Vyaçeslav İvankovla –“Yaponçik”lə kəsişir. Və o, rus mafiyasının xaç atasının yaxın adamına çevrilir. “Yaponçik”in emissarı azadlığa çıxdıqdan sonra onu Avropaya göndərir.”Timoxa” Avropada rus mafiyasının xaç atasının maraqlarını qoruyacaqdı. Avropada olarkən o, rus mafiyasının xaricdəki elitası ilə – Yefim Laski (ləqəbi Fima), Iosif Royçis (Lyodoyed) və Boris Nayfeldlə (Biba) əlaqəyə girir. 1991-ci ildə Laskin öldürülür. Bundan sonra Timoşenko Belarusiyaya qayıdır. Bir neçə il sonra İvankov Amerikaya köçəndə “Timoxa”da onun ardınca gedir. 1995-ci ildə isə “Yaponçik” və Aslan Usoyan (Ded Xasan) Aleksandr Timoşenkonun tacqoyma mərasimini keçirirlər və onu “qanuni oğru” elan edirlər.
Bundan sonra Timoşenko “Timoxa Qomelski” adı ilə məşhurlaşır. İtaliyan mafiozlarının şəriki “Yaponçik” Amerika FTB-si tərəfindən həbs edildikdən sonra onun xaricdəki rus mafiyasının xaç atası məhz Timoşenko olur. Tezliklə “Timoxa” ABŞ-da ən məşhur italyan mafiozları ilə əlaqəyə girir. Siciliya mafiyasından olan Qambino və Qravano klanları ilə Amerika tarixində ən böyük bank maxinasiyasını həyata keçirir. Bununla bağlı FTB böyük bir əməliyyat hazırlayır. Həm italyan mafiyasının üzvləri, o cümlədən “Timoxa”nın bütün adamları həbs edilir. Özü isə aradan çıxa bilir. Saxta sənədlərlə Almaniyaya keçir. Ancaq burada yerli polis tərəfindən Yefim Laskinin qətlində ittiham olunaraq həbs edilir. 13 il həbs cəzası alır. Lakin 2006-cı ildə vaxtından əvvəl azadlığa buraxılır. Timoşenko Rusiyaya qayıdır.
“Satqın”
Həmin ərəfədə “Yaponçik”in dəstək verdiyi “Ded Xasan”la Taro ləqəbli “qanuni oğru” Tariyel Oniani arasında müharibə başlayır. “Timoxa” hələ Avropada dostlaşdığı “Taro”nun tərəfini tutur. Bu isə slavyan “vor zakon”ların qəzəbinə səbəb olur. Onlar hesab edirdilər ki, “Timoxa” xaç atası “Yaponçik”ə xəyanət edib. “Yaponçik” və “Ded Xasan” öldürüldükdən sonra onların rəqibi “Taro” da həbs edilir.
“Timoxa” Tariel Onianinin varisi Merab Cenqveladze (Merab Suxumski) ilə yaxın əlaqələr qurur. Bu isə slavyan avtoritetlərdə qıcıq doğurur. Düzdür, “Ded Xasan” da qafqazlı idi. Amma Merabdan fərqli olaraq Aslan Usoyan “beynəlmiləlçi” kimi tanınırdı.Yeni qafqazlı avtoritetləri , xüsusən də Merabı və ona yaxın olan Rövşən Lənkəranskini slavyan oğrular özlərinə düşmən hesab edirlər. Odur ki, qərar verilmişdi. Timoşenkonun sayılı günləri qalmışdı.
“Sxodka”
2014-cü ilin martında slavyan avtoritetləri geniş “sxodka” (toplantı) keçirdilər. Müzakirə mövzusu Timoşenko idi. Xəbər verdiyimiz kimi, bu ilin yanvarında o,
Hüquq-mühafizə orqanları isə ehtimal edir ki, bu “sxodka”dan sonra yeni toplantı olub. Və “Yaponçik"in bir vaxtlar xələfi olmuş “Timoxa”nın ölüm hökmü verilib.
İlqar Atabəyli