3 İyun 2014 16:20
790
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda axtarışda olan Bakı şəhər sakini tutulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ruslan Bayramov tutulub.

Ruslan Bayramov barəsində Qazaxıstan Respublikasının Cinayət Məcəlləsinin 257-ci (xuliqanlıq) və 178-ci (soyğunçuluq) maddələri ilə axtarış elan edilmişdi.

Hacı Zeynalov


Müəllif: