3 İyun 2014 17:11
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi olub. Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Nicat Cəfərli bıçaqlanıb. O, kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün Nicat Cəfərlinin həyatını xilas etmək mümkün olub.

Rayon Polis İdarəsinin 32-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Elgün Xəlilov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: